Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Südlük inəklərin sığortalanma qaydası açıqlandı

Südlük inəklərin sığortalanma qaydası açıqlandı

Tarix: 12 Iyul 2021 16:14

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, inəklər 2 sığorta zərfi vasitəsilə sığortalana bilər. Əsas riskləri əhatə edən 1-ci sığorta zərfi üzrə sığorta tarifi 6.1 %, genişləndirilmiş riskləri əhatə edən 2-ci sığorta zərfi üzrə sığorta tarifi 9.5 % təşkil edir. 

Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir. 

Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir. 

Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir: 

I sığorta zərfi                 II sığorta zərfi 
 
Qiyməti 1 000 manat olan inəyin sığorta haqqı -      31 manat                         47 manat
Qiyməti 1 500 manat olan inəyin sığorta haqqı -      46 manat                         71 manat
Qiyməti 2 000 manat olan inəyin sığorta haqqı -      61 manat                         95 manat
Qiyməti 2 500 manat olan inəyin sığorta haqqı -      76 manat                       119 manat
Qiyməti 3 000 manat olan inəyin sığorta haqqı -      91 manat                       142 manat
Qiyməti 4 000 manat olan inəyin sığorta haqqı -    122 manat                       190 manat 
Qiyməti 5 000 manat olan inəyin sığorta haqqı -    153 manat                       237 manat 
Qiyməti 6 000 manat olan inəyin sığorta haqqı -    183 manat                       285 manat  

Fermerlər və iş adamları kənd təsərrüfatı heyvanları üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" (https://asf.gov.az/insurance-calculators/livestock-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50 %-ni ödəyəcək, məbləğin qalan 50 %-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığorta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.


Etiketlər:  Südlük inəklərin sığortalanma qaydası açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ