Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın İrana sanksiyası bu tarixdə bitə bilər

ABŞ-ın İrana sanksiyası bu tarixdə bitə bilər

Tarix: 12 Iyul 2021 20:08

Amerikanın İrana tətbiq etdiyi əsas sanksiyalar nüvə sazişinin bərpası mövzusunda razılıq əldə olunacağı təqdirdə avqust ayında ləğv edilə bilər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.

O bildirib ki, nüvə sazişinin bərpası barədə razılıq əldə olunsa, bəlkə də avqust ayında ABŞ-ın əsas sanksiyaları ləğv ediləcək:

"İran sərbəst şəkildə yalnız neftlə ticarət edə bilməyəcək".

Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra gələcək vəsaitlər İranın Buşəhrə görə Rusiyaya olan borclarını ödəmək üçün prioritet olaraq istifadə edilməlidir və bu borc artıq çox böyük məbləğlərə çatıb.


Etiketlər:  ABŞ İrana sanksiyası tarixdə bitə bilər


RƏYLƏR