Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 20:24
Eden Hazardın yeni klubu "Real"da forma nömrəsi müəyyənləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi Madrid təmsilçisində 7 nömrəli forma ilə çıxış edəcək. Ötən mövsüm bu nömrəli formanı geyinən Mariano Dias isə 24 nömrəni seçib.
Qeyd edək ki, M.Diasdan əvvəl uzun illər bu nömrəli forma ötən il "Yuventus"a transfer olunan Kriştiano Ronaldoya məxsus idi.
Xatırladaq ki, Hazard bu yay Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayıb