Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Mehri icmasına yeni rəhbər təyin etdi

Paşinyan Mehri icmasına yeni rəhbər təyin etdi

Tarix: 14 Iyul 2021 15:24

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Mehri icmasına yeni rəhbər təyin edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Ermənistan hökumətinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, Ararat Tumanyan Sünik (Zəngəzur - red.) bölgəsinin Mehri icmasının rəhbəri vəzifəsini icra edəcək. Onun 46 yaşı var.

Qeyd edək ki, iyulun 9-da Mehri icmasının rəhbəri Mxitar Zakaryan istefa verib. Onun istefasının parlamentdə deputat kimi mandat qazanması ilə əlaqədar olduğu deyilirdi. Bununla belə, M.Zakaryana qarşı cinayət işi açılıb və o, iki ay müddətinə həbs olunub. Zakaryan büdcədən vəsait mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, ölkədə parlament seçkiləri başa çatdıqdan sonra həbslər başlayıb. Belə ki, M. Zakaryanın da daxil olduğu "Ermənistan" seçki bloku keçən həftə öz nümayəndələrinə qarşı repressiyaların başladığını demişdi.


Etiketlər:  Paşinyan Mehri icmasına yeni rəhbər təyin etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ