Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mustafaya görə cəzalandırılan restoran bu dəfə bu məşhuru gətirir

Mustafaya görə cəzalandırılan restoran bu dəfə bu məşhuru gətirir

Tarix: 14 Iyul 2021 18:00

Türkiyənin məşhur ifaçılarından olan Simge iyulun 17-də Bakıya gələcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin konserti bir müddət pandemiya qaydalarının pozulduğu "İstanbul meyhane Bilgah"də keçiriləcək.

Ötən ay müğənni Mustafa Ceceli sözügedən məkanda konsert vermişdi. Konsertdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalar ciddi şəkildə pozulmuşdu. Buna görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məkana baxış keçirilib və obyektin sahibi, konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.

Həmçinin ona gələcəkdə analoji halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, restoran həmin hadisədən sonra keçirməyi planlaşdırdığı Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, türkiyəli sənətçilər Rafet El Roman, Alişan və İrem Dericinin konserti təxirə salınıb.

Milli.Az


Etiketlər:  Mustafaya görə cəzalandırılan restoran dəfə məşhuru gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ