Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşadan şimal-qərbdə atışma olub - Rusiya MN

Şuşadan şimal-qərbdə atışma olub - Rusiya MN

Tarix: 15 Iyul 2021 07:06

Rusiya Müdafiə Nazirliyi Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni dərc edib.

Sonxeber.net xəbər verir ki, bu barədə haqqin.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib.

Sənəddə deyilir ki, sülhməramlı kontingent tərəfindən vəzifələrin yerinə yetirilməsi davam etdirilir: "27 müşahidə postunda sülhməramlılar tərəfindən vəziyyətin gecə-gündüz monitorinqi aparılır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edilir."

Atəşkəs rejiminə ümumilikdə əməl edildiyi vurğulanır. "Eyni zamanda, iyulun 13-də saat 20.27-dən 20.53-dək Şuşa şəhərindən şimal-qərb ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atışma qeydə alınıb. Hər iki tərəfin bəyanatına görə atəş nəticəsində xəsarət alan yoxdur", - Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.


Etiketlər:  Şuşadan şimal qərbdə atışma olub Rusiya


RƏYLƏR