Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdədə pandemiya tələblərini pozan şadlıq evləri cərimələndi

Bərdədə pandemiya tələblərini pozan şadlıq evləri cərimələndi

Tarix: 15 Iyul 2021 15:24

Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı "Ay ulduz", "Kral" şadlıq saraylarında "icaze.e-gov.az" portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və "Nəqşicahan" şadlıq sarayında isə "COVID-19" pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib.

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.


Etiketlər:  Bərdədə pandemiya tələblərini pozan şadlıq evləri cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ