Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 16:36
"Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin "Vahid milli hərəkat" partiyasının fəaliyyətinə son qoyulacaq".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin sabiq Baş naziri və "Gürcüstan naminə" partiyasının sədri Georgi Qaxariya deyib.
O bildirib ki, Gürcüstan hökumətinin normal işinə mane olan müxalif siyasi qüvvələrin qanunsuz hərəkətləri ilə bağlı ölkədə heç bir tədbir görülmür, ona görə də parlamentdə bu məsələ ilə şəxsən məşğul olacaq.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Mixail Saakaşvilini dövlət əleyhinə mitinqlərin təşkil olunmasında günahlandırmışdı.