Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda açılan atəşin SƏBƏBLƏRİ

Qarabağda açılan atəşin SƏBƏBLƏRİ

Tarix: 15 Iyul 2021 18:04

"Nə qədər paradoksal səslənsə də, həmin təxribatlarda nişan alınmış tərəf yalnız Azərbaycan deyil. Çünki Qarabağdakılar yaxşı başa düşür ki, lazımlı müqaviməti göstərə bilməyəcəklər".

Sonxeber.net xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Regionşünaslıq üzrə Xanquq Universitetinin professoru Dr.Rövşən İbrahimov deyib.

O zaman nə baş verir?

Ekspert bildirib ki, Qarabağda atəş müxtəlif səbəblərə görə açılır:

"Həmin regionda güc mübarizəsidir. Sirr deyil ki, Koçaryanı dəstəkləyən qüvvələr son seçkilərin nəticələrindən və regiondakı ümumi proseslərdən narazıdır. Ona görə, bu qüvvələr Azərbaycan tərəfinə atəş açaraq, Paşinyanın tərəfdarı olan qüvvələri pis vəziyyətə salmaq istəyir.

İkinci məqsəd, rus sülhməramlılarıdır. Həmin qüvvələrin son vaxtlar ruslardan ciddi narazılığı var. Regionda təftiş sərtləşib, özü də ermənilər hər gün bunlarla üz-üzədir. Ruslar da onları tanımağa başlayıb. Atəş açmaqla Azərbaycan dövləti və ictimaiyyətinin rusiyalı sülhməramlılara qarşı narazılığını şəkilləndirmək istəyirlər ki, Azərbaycanla Rusiyanın münasibətləri pozulsun. Əslində bunu etmək heç də çətin deyil.

Üçüncü isə Ermənistandakı Paşinyan hökumətidir. Qarabağdakı separatçı qüvvələr inanırlar ki, danışıqlar başlasa, qarabağlılar Ermənistanın maraqları üçün satılacaq. Əslində artıq bu olub, həm də Ermənistan cəmiyyətində qarabağlılara qarşı narazılıq var".

Nə olacaq?

"- Müxtəlif istiqamətlərdə təxribatlar davam edəcək;

- Qarabağda daxili gərginlik zaman keçdikcə artacaq;

- Ruslar və Azərbaycan Arayık Arutunyanın mümkün ola biləcək istefası vəziyyətində, yeni seçkilərin keçirilməsinə imkan verməyəcək. Bunu ikinci qrup bilir, ona görə "qaşınır";

- Azad olunmuş ərazilərimiz onşa olunandan sonra Qarabağda yaşayan ermənilər özlərini daha çox mühasirədə hiss edəcək və regionu tərk etmələri sürətlənəcək".

Nə edə bilərik?

"Zaman xeyrimizə işləyir, təxribatlarda itkilərimiz olmamalıdır. Cavab olaraq, lazım gəlsə, xüsusi dəstələrə qarşı antiterror əməliyyatlarına hazır olmalıyıq (konkret adamların yox edilməsi, qaçırılması, diversantların həbsi və məhkəməsi).

Əlavə olaraq, Türkiyə faktorunun geniş istifadəsini təmin edərək, Türkiyə-Rusiya monitorinq qrupunun fəaliyyətinin konkret addımlarını tələb etmək və bu barədə davamlı görüşlər keçirməliyik".


Etiketlər:  Qarabağda açılan atəşin SƏBƏBLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ