Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin qaydalarına riayət edilməyən toy məclisləri aşkarlandı

Karantin qaydalarına riayət edilməyən toy məclisləri aşkarlandı

Tarix: 16 Iyul 2021 10:42

Tərtər Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində 2 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, yoxlamalar zamanı Tərtər rayonun Sarov və Köçərli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq şəxsin toplaşdığı aşkar edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


Etiketlər:  Karantin qaydalarına riayət edilməyən məclisləri aşkarlandı


RƏYLƏR