Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 21:20
Növbəti mövsümə hazırlığı davam etdirən “Sumqayıt” bu gün daha bir yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matçda heç-heçə qeydə alınıb - 3:3. “Sumqayıt”ın qollarını Əmir Ağayev, Sərtan Taşqın və Peyman Babayi vurub.