Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məşhur cütlük sevgilidir?

Bu məşhur cütlük sevgilidir?

Tarix: 16 Iyul 2021 19:05

Müğənni Murad Boz İstanbulun Ortaköy səmtində paparassilərin obyektivinə tuş gəlib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi aktrisa Tuba Büyüküstün ilə sevgili olma iddialarına cavab verib.

Müğənni bildirib ki, Tuba ilə bir araya gəlmələrinin səbəbi işdir. "Serial çəkirik, dostlar" deyə, Murad əlavə edib.

Qeyd edək ki, Murad "Netflix"də yayımlanacaq "Another self" serialında rol alacaq. Onun tərəf müqabilləri Tuba ilə yanaşı Seda Bakan, Serkan Altunorak, Rıza Kocaoğlu və Fırat Tanış olacaq. Hətta aktyorlar yaradıcı heyətə Bozla bağlı şikayət edərək "Niyə peşəkar aktyor yox, Murad Boz" sözlərini deyiblər.


Etiketlər:  məşhur cütlük sevgilidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ