Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 04:36
Antalyadakı gecə klublarından birində dostları və qardaşı ilə əylənən Tarık Arslan qətlə yetirilib.
İddialara görə 2-3 nəfərlik bir qrup Arslanı və ətrafındakıları söyüb. Bunun üzərinə Arslan ilə qarşı tərəf arasında mübahisə düşüb. Təhlükəsizlik işçiləri müdaxilə etdikdə, tərəflər klubdan çıxıblar.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, lakin klubdan çıxan 37 yaşlı gənc mübahisə etdiyi şəxs tərəfindən tapança ilə ürəyindən vurulub. İki şübhəli saxlanılıb. Qeyd edilir ki, həyatını itirən şəxsin yaxınları xəstəxana qarşısında dəhşətli anlar yaşayıblar. Qohumlardan bəziləri cənazə aparılarkən ürəkləri gedib.
Kamran Seyidov