Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 19:52
Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri insanların həyatı üçün ciddi narahatlıq yaradıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, Dövlət Komitəsi Almaniya, Belçika və Niderlandda baş verən təbii fəlakətlə bağlı Koordinasiya Şuraları vasitəsilə bu ölkələrdə yaşayan soydaşlarımızla mütamadi olaraq əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır.
Hazırda hadisə nəticəsində azərbaycanlıların xəsarət alması və ya zərər çəkməsi ilə bağlı heç bir məlumat yoxdur.
Soydaşlarımızdan xahiş edirik ki, ehtiyac olduğu təqdirdə Diasporla İş üzrə Dövlət Komitəsinə və Koordinasiya Şuralarına müraciət edə bilərlər.
http://diaspor.gov.az/elaqe/
http://diaspor.gov.az/ev/