Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Gürcüstana hərbi maşınlar verdi

Türkiyə Gürcüstana hərbi maşınlar verdi

Tarix: 20 Iyul 2021 08:18

Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə dörd ədəd texniki xidmət maşını təqdim edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi dəyəri 866 min 400 ABŞ dolları olan hərbi texnikanın tədarükü haqqında müqavilə 2020-ci ilin oktyabrında imzalanıb.

Nəqliyyat vasitələrinin rəsmi təhvilvermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili, Türkiyə səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak ediblər.


Etiketlər:  Türkiyə Gürcüstana hərbi maşınlar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ