Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə ilk Qurban bayramı namazı... - FOTOlar

Pandemiya dövründə ilk Qurban bayramı namazı... - FOTOlar

Tarix: 20 Iyul 2021 11:30

Bu gündən Azərbaycanda Qurban bayramı qeyd olunur.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələnin Cümə məscidində də pandemiya dövründə ilk dəfə Qurban bayramı namazı qılınıb. Koronavirus infeksiyası ilə əlaqədar yerli sakinlər və qonaqlar məscidə hissə-hissə buraxılıb. İbadətə gələnlər tibbi maskadan istifadə edib, səflərdə məsafələrlə əyləşiblər.

Qeyd edək ki, ötən il Qurban bayramı zamanı məscidlərdə bayram namazı qılınmayıb. İnsan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlanmışdı.


Etiketlər:  Pandemiya dövründə Qurban bayramı namazı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ