Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tbilisidə daha bir körpə koronavirusdan öldü

Tbilisidə daha bir körpə koronavirusdan öldü

Tarix: 20 Iyul 2021 16:38

Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında daha bir körpə koronavirusdan vəfat edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ikiaylıq uşaq COVID-19 diaqnozu ilə ağır vəziyyətdə Abxaziyadan Tbilisiyə çatdırılmışdı. Həkimlərin səyləri nəticə verməyib və körpə dünyasını dəyişib.  

Qeyd edək ki, iyulun 16-da Tsitsişvili klinikasında koronavirusun alfa ştammına yoluxan üçhəftəlik uşaq da dünyasını dəyişmişdi.

Milli.Az


Etiketlər:  Tbilisidə daha bir körpə koronavirusdan öldü


RƏYLƏR