Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2021 06:36
Bəzən ləzzətli yemək hazırlayarkən fərqində olmadan hər hansı ərzağın faydalı hissəsini atırıq. Bunlardan biri də düyünü saxladığınız sudur.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gecədən suya yumşalması üçün qoyduğunuz düyü dənəciklərinin sudakı təsirindən cildinizin daha gənc görünməsi üçün istifadə edə bilərsiniz.
Hətta Asiya kimi ölkələrdə bu suyu atmaq israf hesab olunur. Düyü tərkibindəki faydalı minerallar sayəsində suda dəyişikliklər yaradır. Bu suyun tərkibində bol miqdarda antioksidan, mineral, pitera, B və E vitaminləri var. Üzünüzü bu məhlulla silərək daha bəyaz və parlaq cildə sahib ola bilərsiniz.
Düyünün suyundan şampun kimi də istifadə etmək mümkündür. Beləliklə, saçlarınızın ağarmasının qarşısını ala biləcəksiniz.
Düyünün suyu üz təmizləyici məhlul kimi də istifadəyə yararlıdır. Pambığı suya batırıb, dərinizi təmizləyə bilərsiniz.