Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Girov götürülən həbsxana əməkdaşları ilə bağlı son vəziyyət

Girov götürülən həbsxana əməkdaşları ilə bağlı son vəziyyət

Tarix: 22 Iyul 2021 12:10

İsveçin Eskilstuna şəhəri yaxınlığındakı "Hellbi" cəzaçəkmə müəssisəsində iki məhbus çərşənbə günü girov götürdükləri iki həbsxana əməkdaşını sərbəst buraxıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, sərbəst buraxılan girovların vəziyyəti yaxşıdır.

Cinayətkarların polis tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, çərşənbə günü günortadan sonra məhkumlar həbsxananın bloklarından birindəki təhlükəsizlik otağına girərək, oradakı bir kişi və bir qadın əməkdaşı girov götürüblər. Məhbuslar yerli hakimiyyət orqanından helikopter göndərmələrini və kameralardakı 20 nəfər üçün pizza gətirmələrini tələb ediblər.

Hər iki cinayətkar əvvəllər qətl törətməkdə günahlandırılıb.

Məlumat üçün bildirək ki, "Hellbi" həbsxanasında məhkumların yerləşdirilməsi üçün 98 yer var. Bu təcridxana ən yüksək təhlükəsizlik sinifinə layiq görülüb.


Etiketlər:  Girov götürülən həbsxana əməkdaşları ilə bağlı vəziyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ