Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2021 17:24
Cari ilin ilk altı ayında Azərbaycanın icmal büdcənin gəlirləri 15 milyard 328,9 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 958,3 mln. manat və ya 23,9 faiz çoxdur.
Maliyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, icmal büdcənin xərcləri isə 12 milyard 752,4 mln. manat məbləğində icra olunub.
2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2 milyard 576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.