Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Tarix: 23 Iyul 2021 12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ