Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evində toy keçirənlər qonaq sayına görə cərimələndi

Evində toy keçirənlər qonaq sayına görə cərimələndi

Tarix: 23 Iyul 2021 17:44

Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, yoxlamalar zamanı "Toğrul Palace" şadlıq sarayında təşkil edilən toy məclisinin "icazə.e-gov.az" portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayı normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Milli.Az


Etiketlər:  Evində toy keçirənlər qonaq sayına görə cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ