Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Astara'' restoranının sahibi 3000 manat cərimələndi

''Astara'' restoranının sahibi 3000 manat cərimələndi

Tarix: 26 Iyul 2021 15:10

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı "Maricel" və "Astara" restoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

"Maricel" restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, "Astara" restoranının sahibi 3000 manat, toy təşkilatçıları isə 200 manat məbləğində cərimə olunublar.


Etiketlər:  Astara restoranının sahibi 3000 manat cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ