Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban”ın bir neçə komandiri həbs edildi

“Taliban”ın bir neçə komandiri həbs edildi

Tarix: 26 Iyul 2021 19:16

Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri "Taliban" radikal hərəkatının bir neçə komandirini həbs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumat ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında paylaşılıb.

Məlumata əsasən, "Taliban" nümayəndələrini həyata keçirilən bir sıra antiterror əməliyyatı sayəsində həbs etmək mümkün olub. Əməliyyatlar Kabul və Qor əyalətlərini birləşdirən şossedə həyata keçirilib.

Bildirilir ki, həbs olunan komandirlər arasında Məhəmməd Can adlı "Taliban" nümayəndəsi də var. O, sözügedən yola nəzarət və yola hücumla bağlı məsələlərə cavabdeh şəxs olub.

Təhlükəsizlik qüvvələri əməliyyat zamanı bir neçə "Taliban" hərəkatı üzvünü də zərərsizləşdirə bilib.

Bununla yanaşı, hökumət qüvvələri Qor-Kabul yolu boyu yerləşən bir neçə kəndi "Taliban"dan azad edə bilib.

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə "Taliban" hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə "Taliban" döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, "Taliban" artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.

Milli.Az


Etiketlər:  Talibanın neçə komandiri həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ