Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 18:48
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviya Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.