Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Brilliant Dadaşova üzümü şəkildə bağlayıb, bayraq qoymuşdu"

Tarix: 27 Iyul 2021 19:10

"Bir tədbirdə olmuşduq, Brilliant Dadaşova mənim üzümü şəkildə bağlamışdı. Üzümə Azərbaycan bayrağı qoymuşdu. Düşünürəm, pis hərəkət etməyib, bayraq qoyub. Bundan qürurlu nəsə ola bilər?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Ziq-zaq" proqramında deyib. Sənətçi Xalq artisti Brilliant Dadaşova ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Günay Xalq artisti Röya Ayxanla yaşadığı ətir qalmaqalına da münasibət bildirib:

"Ətiri bir nəfər üçün yaratmırlar. Həmin ətiri neçə il əvvəl işlətmişəm. Hər iki aydan bir ətir dəyişirəm. Qışda istifadə etdiyimi, yayda vurmuram. Heç bir müğənni ilə münasibətim yoxdur. İşimi görüb, evimə gedirəm. Gedib haradasa oturmuram, müğənnilərlə dostluq etmirəm. Həyat tərzimdir, çoxluqdan xoşum gəlmir. Deyirlər, yaxşı qız olsaydı, yanında çox adam olardı. Bu sözlə razılaşmıram. Az adamla dostluq edirəm, onların mənfisini də bilirəm. Səhv edəndə də üzünə deyirəm".

Qeyd edək ki, Röya Günayla bağlı "Görsəm, hansısa bir müğənni mənim ətirimdən vurur, onu istifadə etmərəm. Gedib başqa qoxu taparam. Toyda gördüm ki, Günay ətrini vurub masanın üstünə qoydu. Bizim masa ona güldü. Bu, əminlik deyildi artıq. İstədim Günaya zəng vurub deyim ki, etmə... Hamı bildi ki, sən nə işlədirsən. Hərənin öz iyi, öz fikri olmalıdır. Məsələn, bir qoxu var ki, keçəndə deyirəm, bu, Aygün Kazımovanın iyidir. Biri çiçək, biri vanil qoxar" sözlərini demişdi.  

Milli.Az


Etiketlər:  Brilliant Dadaşova üzümü şəkildə bağlayıb bayraq qoymuşdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ