Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti yemək və içkilərin ZƏRƏRLƏRİ - Xərçəngə yol açır

İsti yemək və içkilərin ZƏRƏRLƏRİ - Xərçəngə yol açır

Tarix: 28 Iyul 2021 23:12

İsti yemək və içki içmək xərçəng riskini artırır.

Sonxeber.net xəbər verir ki, mütəxəssislərin məlumatına görə, 60 - 70 dərəcədən çox istiliyə malik içki və yeməklər xərçəng riskini artırır. İsti qidalar xüsusilə qida borusu xərçəngi, ağız içi yaralar, mədə ağrısı və mədə xərçəngi, qırtlaq xərçəngi riskini artırır, dil və dişlərə ziyan verir.

Ağızdan başlayaraq mədəyə qədər olan bölgədəki orqanların illərlə yüksək istiliyə məruz qalması toxumaların və zülalların denaturasiyasına, yəni quruluşunun pozulmasına səbəb olur. Bu isə xərçəngin meydana gəlməsi üçün risk faktorudur.

Fərqində olmadan 1-2 dəfə isti yemək və ya içki içmək ziyan vermiz. Amma bunu vərdiş halına gətirmək olmaz.

Proteinlərin quruluşunu pozan digər amillər, məsələn, ədviyyatlı və ədvalı qidalar istiliklə birləşdirildikdə mədə və qida borusu üçün daha çox risk yaradır. Həmçinin illərlə siqaret və alkoqol istifadəsi də bu riski artırır.

Eyni zamanda isti yemək və ya içki mədə ağrısına səbəb olur.

Sağlamlığımız qorumaq üçün bütün bunlara diqqət etməliyik! /medicina.az


Etiketlər:  İsti yemək içkilərin ZƏRƏRLƏRİ Xərçəngə açır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ