Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şakira vergidən yayınmağa görə mühakimə oluna bilər

Şakira vergidən yayınmağa görə mühakimə oluna bilər

Tarix: 29 Iyul 2021 08:20

Kolumbiyalı müğənni Şakira (tam adı - Şakira İzabel Mebarak Ripoll) vergidən yayınma ehtimalı səbəbindən İspaniyada mühakimə oluna bilər.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ifaçı son məqamda prokurorluqla razılığa gələ bilməsə, məhkəmə çəkişmələrindən qaça bilməyəcək. Üç illik araşdırmadan sonra məhkəmə müğənninin vergidən yayınması ittihamı ilə bağlı mühakimə olunmasına kifayət qədər səbəb olduğu qənaətinə gəlib. Şakiranı altı vergi cinayətində ittiham olunur, bu səbəbdən də təqsirləndiriləcəyi təqdirdə onu həbs cəzası gözləyir.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında müğənni vergidən yayınma iddiası ilə bağlı İspaniya məhkəməsində ifadə verib. İfaçı 2012-2014-cü illərdə yol verdiyi vergidən yayınma faktı ilə bağlı ittiham olunur. Söhbət ümumilikdə 14,5 milyon avrodan gedir.

Güman olunur ki, Şakira 2011-ci ildən Kataloniya paytaxtında İspaniyanın "Barselona" futbol klubunun müdafiəçisi Jerar Pike ilə birlikdə yaşayıb. İspaniya qanunlarına görə, bir şəxs ölkədə altı aydan çox yaşayırsa, avtomatik olaraq krallığın vergi ödəyicisinə çevrilir. Bu o deməkdir ki, həmin şəxs xaricdən əldə etdiyi vəsait də daxil olmaqla bütün gəlirlərindən vergi ödəməlidir.


Etiketlər:  Şakira vergidən yayınmağa görə mühakimə oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ