Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 09:30
Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toyudur.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.
İyulun 22-də Naxçıvanda qız toyu olub. Bu gün Bakıda oğlan toyu keçiriləcək.
Ə.Əliyev hazırda Fövqəladə Hallar Nazirliyində işləyir. O, bundan əvvəl saytımıza açıqlamasında bildirib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu toyuna dəvət edib. Ancaq mərhum prezidentin oğlu atasının silahdaşı olmuş cəbhəçiləri toyuna çağırmayıb.
Xatırladaq ki, Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.
Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyində çalışır.