Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2021 08:12
Qaraciyər orqanizm üçün həyati vacib orqanlardan biri sayılır. Qaraciyərin işi qandakı toksinləri, zülalları, fermentləri və hormonları sintez etməkdən ibarətdir. Qaraciyər orqanizmdə özünü regenerasiya edə bilən yeganə orqandır. Həyat üçün vacib sayıldığına görə qaraciyər həmişə təmiz və sağlam qalmalıdır. Ancaq bu həmişə bizim arzuladığımız kimi olmur. Müxtəlif faktor və xəstəliklər, hepatitlər, sirroz və s. qaraciyər toxumasının zədələnməsinə və qaraciyərin funksiyasının pozulmasına səbəb olur. Bu zaman qaraciyər özü-özünü bərpa edə bilmir və o əvvəlki kimi, oz fəaliyyətini davam etdirmir. Bunu aradan qaldırmaq üçün isə kişmişli suyun faydası əvəzolunmazdır. Bir-neçə gün davamlı olaraq kişmişli su içmək qaraciyər fəaliyyətini yaxşılaşdırır. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır:
Qara kişmiş (yarım stəkan) yaxşıca yuyulur və qazana tökülür. Kişmişin üstünə 3 stəkan su əlavə edilir və qaynamağa qoyulur. Qaynadıqdan bir-neçə dəqiqə sonra qazan odun üstündən götürülür və ağzı örtülərək 24 saat gözlənilir. Sonra bu miqdarda kişmişli su 2 gün müddətində içilir. İstəsəniz suyu isidib içə bilərsiniz.
Ən yaxşı nəticəni əldə etmək üçün müalicəni ən azı bir həftə davam etdirmək lazımdır. Bu müalicə qaraciyərdəki yağların, spirtli içkilər səbəbindən meydana gələn zəhərlənmələri aradan qaldırır və qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
Bu portalda yerləşdi