Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bodrumda evi olan Tünzalədən Türkiyəyə yardım

Bodrumda evi olan Tünzalədən Türkiyəyə yardım

Tarix: 31 Iyul 2021 12:25

Xalq artisti Tünzalə Ağayeva güclü yanğından əziyyət çəkən Türkiyəyə yardım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni məhv olan meşələrin yenidən canlandırılması üçün 100 fidan bağışladığını açıqlayıb.

"Qardaş Türkiyəmizdə yanğın hadisəsi hər birimizi üzür. Orada meşələr, burada canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan bu yanğına mane olmaq mümkün deyil. Amma yaxşı bir #challenge qoşuluram. Meşələrin yenidən canlanması üçün 100 fidan da mən hədiyyə edirəm. Bu estafeti Zamiq Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm" deyə, Ağayeva bildirib.

Ağayevadan sonra aparıcı Lalə Azərtaş da Türkiyəyə 100 fidan bağışlayacağını bildirib. "Türkiyə bizim evimizdir, canımızdır. Canımız, evimiz yanır. Günahkar cəzasını alacaq. Yanan meşələri bərpa etməliyik. Mən də yüz fidan göndərəcəm" deyə, aparıcı bildirib. 

Qeyd edək ki, T.Ağayevanın da Bodrumda evi var.

Milli.Az


Etiketlər:  Bodrumda olan Tünzalədən Türkiyəyə yardım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ