Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 11:24
Qlobal iqlim dəyişikliyinin təsiri altındakı Qrenlandiyada bir gündə 8,5 milyard ton buzlaq əriyərək, okeana qarışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.
Əriyən buzlaq ABŞ-ın Florida ştatını 5 santimetr hündürlüyündə su ilə örtəcək qədər böyük həcmə malikdir.
Şərqi Qrenlandiyada isə bütün zamanların ən yüksək temperaturu qeydə alınıb - 19,8 dərəcə.
Ümumilikdə, iyun ayından indiyədək 100 milyard ton buzlaq əriyərək okeana qarışıb, bununla dəniz səviyyəsi yüksəlib.