Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 14:58
"Bəzi gerçəkləri milli birliyə zərər verməsindən qorxduğum üçün açıqlamadım".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani səkkiz illik prezidentlik dönəmini dəyərləndirərkən deyib.
"Keçən illər ərzində xalqa açıqladıqlarımız həqiqətə zidd deyildi. Doğruları açıqladıq. Amma bəzi gerçəkləri faydası olmayacağını düşündüyüm və milli birliyə zərər verməsindən qorxduğum üçün açıqlamadım", - Ruhani bildirib.
Ruhani səhvlərinə görə xalqdan üzr istəyib.