Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 08:20
Bakı. Trend:
Venesuela Milli Təsis Assambleyası parlament seçkilərinin tarixini təyin edəcək bir komissiya yaradacaq.
Trend-in məlumatına görə, bu komissiya konstitusiyaya və ölkədəki siyasi vəziyyətə əsasən müddəti müəyyənləşdirəcək.
Bildirilir ki, Milli Assambleyaya seçkilərin bu il də keçirilə biləcəyini istisna edilmir.
Qeyd edək ki, iyul ayında Venesuela prezidenti Nikolas Maduro parlament seçkilərinin çox qısa bir zamanda keçirilə biləcəyini, ölkə hakimiyyətinin buna hazır olduğunu açıqlamışdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin