Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan parlamentində dava - Həsənov iclası dayandırdı - FOTO

Ermənistan parlamentində dava - Həsənov iclası dayandırdı - FOTO

Tarix: 2 Avqust 2021 14:04

Ermənistanda yeni parlamentin ilk iclas günündə dava düşüb. 

Milli.Az erməni mətbuatına istinadən xəbər verir ki, mübahisəyə səbəb "Hayastan" blokunun həbsdə olan üzvləri Mkitar Zakaryan və Artur Sarkisyanın məsələsi olub.

Blokun nümayəndələri qeyd ediblər ki, adıçəkilən iki deputat olmadan parlament rəhbərliyi seçilə bilməz. Bundan əlavə, qanunverici orqanın qərarı olmadan deputatların həbsinin qanunazidd olduğu diqqətə çatdırılıb.

Digər müxalifətçi Artur Vanetsyanın rəhbərlik etdiyi "Mənim şərəfim var" bloku da "Hayastan" deputatlarının tələblərinə öz dəstəklərini nümayiş etdiriblər. iclası aparan yezidi kürdü Knyaz Həsənov iclası dayandırmalı olub.

Qeyd edək ki, müxalif deputatların etirazlarından sonra parlamentin iclasında 20 dəqiqəlik fasilə yaranıb. 

Milli.Az


Etiketlər:  Ermənistan parlamentində dava Həsənov iclası dayandırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ