Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazilənin arxasında duran kimdir? - Şairə məsələyə aydınlıq gətirdi

Nazilənin arxasında duran kimdir? - Şairə məsələyə aydınlıq gətirdi

Tarix: 2 Avqust 2021 18:45

Şairə Nazilə Səfərli yeni açıqlaması ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aparıcı "Youtube" layihəsinə qonaq olan Səfərli ona cadu edilməsindən danışıb:

"Bir dəfə tanışlarımdan biri dedi ki, filan baxıcıda idim. Orada sənin söhbətin gedirdi. Dedilər, kimsə gəlib 10 min manat pul verib, cadu etdirib ki, sənə maddi yardım edən və dəstək olan şəxs səndən əlini çəksin. Yəni ki, kimsə mənim arxamda dayanıb. Mənim özüm dayağam, arxamda kim dayanacaq?

Eşidirlər ki, Nazilə filankəsin məclisinə 3-4 dəfə gedib. Bundan sonra başlayırlar ki, onun arxasında filankəslər dayanıb. Belə şayiə buraxırlar. Bu da tez yayılır. Bununla da insanın əməyini itirirlər, guya hər zaman kimsə sənə arxa dayaq olub. Nə arxa? Nə dayaq? Oğul istəyirəm, çıxsın qarşıma, desin ki, bunu sənə mən etmişəm!"

Milli.Az


Etiketlər:  Nazilənin arxasında duran kimdir Şairə məsələyə aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ