Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fayton” restoranında yararsız məhsullar aşkarlandı

''Fayton” restoranında yararsız məhsullar aşkarlandı

Tarix: 2 Avqust 2021 18:56

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus "Fayton" restoranında yoxlama aparılıb.

Bu barədə Sonxeber.net-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub.

Eyni zamanda, çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istifadə müddəti bitmiş məhsullar aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.


Etiketlər:  Fayton restoranında yararsız məhsullar aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ