Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 10:12
Livanlı kişi öz yas mərasimində oyanaraq ətrafdakılara şok yaşadıb.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı "Daily Star" nəşri yayıb.
Məlumata görə, hadisə Bekaa əyalətinin El-Hirmil şəhərində baş verib.
Dəfndən əvvəl "mərhumla" vidalaşmağa gələn qohumları "ölünün" nəfəs aldığını və tərpəndiyini görüblər. O, dərhal xəstəxanaya aparılıb, həkimlər lazımi tibbi yardımı göstəriblər.
Kişi hazırda sağdır. Onun ölmüş kimi qeyd olunmasının səbəbləri araşdırılır.