Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayrağı yanmağa qoymarıq!" - Türkiyə bu soydaşlarımızdan danışır - VİDEO - FOTO

Tarix: 3 Avqust 2021 11:42

Meşə yanğınlarının səngimək bilmədiyi Türkiyədə qardaşlarımıza Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yolladığı yanğınsöndürənlər qrupları yardım edir.

Milli.Az bildirir ki, hazırda qardaş Türkiyədə yüzlərlə azərbaycanlı yanğınsöndürən alovlarla mübarizə aparır.

Onların arasında əsl qəhrəmanlıq edənlər həddən ziyadədir.

Muğla vilayətinin Marmaris rayonunda yanğınsöndürən Kamil Dünyamalıyev yanan evə girərək oradakı insanları xilas etmək istəyib. Fəqət, evdə kimsənin olmadığını, Türkiyə bayrağının divardan asıldığını görüb.

Olay Hisarönü məhəlləsində yaşanıb.

Bayrağı sinəsinə sıxan K.Dünyamalıyev çölə çıxanda reportyorlarla qarşılaşıb.

Digər yanğınsöndürənimiz, Nail Qabilov da od-alovun içindən Türkiyə bayrağını çıxarıb.

"Bayraq bizim hər şeyimizdir, müqəddəsdir. Onu yanmağa qoymarıq. Türk xalqını sevirik və hər zaman yanındayıq. Azərbaycan hər zaman Türkiyənin yanında olacaq", - Nail söyləyib.

Milli.Az


Etiketlər:  Bayrağı yanmağa qoymarıq Türkiyə bu soydaşlarımızdan danışır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ