Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlətin dayağı və qürur mənbəyi - Azərbaycan Ordusu

Dövlətin dayağı və qürur mənbəyi -  Azərbaycan Ordusu

Tarix: 4 Avqust 2021 12:51

Hər bir dövlətin müstəqilliyinin qorunub saxlanılmasında ən mühüm amillərdən biri sözsüz ki, onun güclü orduya malik olmasıdır. Çünki güclü ordusu olmayan dövlət hər hansı bir müstəqillikdən danışa bilməz. Bizlər də hər birimiz bunun ötən əsrin 90-cı illərində canlı şahidi olmuşuq. Vahid komandanlığının olmaması, başıpozuqluq sonda torpaqların itirilməsinə gətirib çıxardı. Sonrakı ağır illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqmətində aparılan islahatlar prezident İlham Əliyevin prezidentliyi dövründə uğurla davam etdirildi. Ali Baş komandanın apardığı islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qeyd edilir. 44 günlük Vətən Müharibəsi də bunun bariz nümunəsədir. Ali Baş Komandan  İlham Əliyevin də dediyi kimi, Azərbaycan Ordusu tarix və hərb dərsliklərinə düşəcək döyüşlərlə böyük bir qalibiyyətə imza atdı. Elə bir ruh yüksəkliyi ilə döyüşlər apardı ki, düşmən özü belə çaş-baş duruma düşdü.

Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün apardığı hərəkatla adını tarixə qızıl hərflərlə yazmış oldu. Zəngin maddi-texniki bazaya, ən yeni silahlara malik Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Bu gün artıq sirr deyil ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olub.

Düşmən ölkədə ən yüksək səviyyədə etiraf edir ki, Azərbaycan Ordusu çox güclüdür. Yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləri ilə təchiz olunan Azərbaycan Ordusunun gücü dünyanın tanınmış ekspertləri tərəfindən də vurğulanmaqdadır. Sözsüz ki, bugünkü qələbənin kökündə duran digər vacib məqam illərdir beynəlxalq müstəvidə aparılan siyasətdir. 

Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. 44 günlük müharibə bunun bariz nümunəsidir. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.  

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Dövlətin dayağı qürur mənbəyi Azərbaycan Ordusu


RƏYLƏR