Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2021 21:04
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 yaşdan 17 yaşa kimi olan uşaq və yeniyetmələr koronavirus əleyhinə vaksin olunacaqlar.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlara Çinə məxsus "Sinopharm" şirkətinin vaksinlərindən vurulacaq. BƏƏ hökuməti artıq 12-15 yaş arası vətəndaşları "Pfizer"lə peyvəndləməyə başlayıb.
Qeyd edək ki, Çin "Sinovac Biotech" peyvəndinin 3 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr üçün istifadə oluna biləcəyini təsdiqləyib. /medicina.az