Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

APOEL azarkeşləri Bakıda - iordaniyalılar da var

APOEL azarkeşləri Bakıda - iordaniyalılar da var

Tarix: 13 Avqust 2019 16:32

Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq APOEL ölkəmizdə dəstəksiz qalmayacaq.

Qol.az-ın xəbərinə görə, komandanı Bakıda 70-80 azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu haqda saytımıza Ağdam klubundan bildirilib. Qeyd edilib ki, Kipr klubu bu haqda "Qarabağ"a öncədən məlumat verib.

Kipr mətbuatı isə yazıb ki, azarkeşlər arasında iordaniyalı fanatlar da olacaq. Belə ki, Nikosiya təmsilçisinin iordaniyalı oyunçusu Musa əl-Taamari bir neçə həmvətəni üçün bilet təşkil edib.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  APOEL azarkeşləri Bakıda iordaniyalılar da var

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ