Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 17:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti - dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.
Bu barədə Sonxeber.net-a FHN-dən məlumat verilib.
Qeyd edilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.