Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 09:15
Koronavirus ağciyərlərdə geri dönüşü olmayan dəyişikliklərə - fibroza səbəb ola bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun nümayəndəsi Antonina Ploskireva xəbərdarlıq edib.
"Bundan başqa infarkt və insult riskləri artır ki, bu da çox vaxt pasientlərin əlil olması ilə nəticələnir", - deyə o əlavə edib.
Ploskireva bəzi xəstələrdə COVID-19-dan sonra fərqli klinik təzahürlərin uzun müddət davam etdiyini vurğulayıb.
"Bunların arasında astenik sindrom və tənəffüs simptomları, ilk növbədə öskürək var", - deyə o bildirib.
Virusoloq onu da vurğulayıb ki, bu təzahürlər pasiyentin xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsindən asılı olmayaraq yaranır.