Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mariya Stadnikdən tarixi nəticə

Mariya Stadnikdən tarixi nəticə

Tarix: 7 Avqust 2021 20:42

Azərbaycanın qadın güləşisi Mariya Stadnik tarixi nəticəyə imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı idmançımız buna Tokio-2020-də bürünc medal qazanmaqla nail olub. Beləliklə, Stadnik karyerası ərzində 4-cü dəfə Olimpiya medalı əldə edib. Nəticədə Mariya Azərbaycan idmanı tarixində ən çox Olimpiya medalı qazanan şəxs olub.

Stadnik daha əvvəl Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal əldə edib.

Milli.Az


Etiketlər:  Mariya Stadnikdən tarixi nəticə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ