Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2019 06:32
Bakı. Trend:
UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Trend xəbər verir ki, "Qarabağ" - APOEL (Kipr) oyunu ilə yanaşı, III raundun daha 9 cavab matçı keçirilib.
Beləliklə, qarşılaşmalardan sonra APOEL (Kipr), “Rusenborq” (Norveç), “Brügge” (Belçika), “Dinamo” (Zaqreb, Xorvatiya), LASK (Avsrtriya), “Olimpiakos” (Yunanıstan), “Ayaks” (Hollandiya), ÇFR (Rumıniya), “Krasnodar” (Rusiya) və “Srvena Zvezda” (Serbiya) komandaları UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.
“Düdelanj” (Lüksemburq), “Slovan” (Slovakiya) və “Linfild” (Şimali İrlandiya) isə UEFA Avropa Liqasının play-mərhələsində oynaq hüququ qazanıblar.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırsa da, UEFA Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə (Şimali İrlandiya) qarşılaşacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin