Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə HHQ İraqın şimalında 2 terrorçunu zərərsizləşdirib

Türkiyə HHQ İraqın şimalında 2 terrorçunu zərərsizləşdirib

Tarix: 14 Avqust 2019 08:48

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, zərbələr nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.


Etiketlər:  Türkiyə HHQ İraqın şimalında 2 terrorçunu zərərsizləşdirib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ