Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu tarixdən peyvənd olunmayan şəxslərə sənəd verilir

Bu tarixdən peyvənd olunmayan şəxslərə sənəd verilir

Tarix: 8 Avqust 2021 22:30

Sabahdan ölkəmizdə koronavirusa qarşı peyvənd oluna bilməyən şəxslərə sənəd veriləcək. "Əks göstəriş sertifikat"ını müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslər əldə edə biləcəklər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sertifikat yalnız peyvəndlərə qarşı əks göstərişi olan vətəndaşlar üçün nəzərdə tutulub.

İnfeksionist İlham Bayramov deyir ki, koronavirus əleyhinə vaksinasiya üçün əks göstəriş olan allergik xəstəliklər dedikdə xüsusilə dərman preparatlarına qarşı allergiya nəzərdə tutulur. Onun sözlərinə görə, güclü qida allergiyası da əks-göstəriş ola bilər. Bütün hallarda allerqoloq müayinəsindən keçmək tövsiyə olunur.

İnfeksionist vurğulayıb ki, əks-göstəriş bir sıra allergik reaksiyanın dərəcəsindən asılıdır. Yəni, bəzi allergik xəstələr həkim məsləhəti ilə COVID-19 əleyhinə vaksinasiyada iştirak edə bilərlər. İlham Bayramov əks göstəriş sertifikatı alacaq şəxslərə tövsiyə də verib.

Qeyd edək ki, vaksinlərə qarşı əks göstərişi oan vətəndaşlar sabahdan etibarən "Əks göstəriş sertifikat"ını almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa sertifikat veriləcək.

Milli.Az


Etiketlər:  Bu tarixdən peyvənd olunmayan şəxslərə sənəd verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ