Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 11:58
Şəmkirin Aşağı Seyfəli kəndində mavi yanacaq problemi yaşanır.
Kəndin bir neçə küçəsində məskunlaşan sakinlər evlərini mavi yanacaqla təmin edə bilmirlər.
Aşağı Seyfəli kəndinin sakinləri illərdir qazın yerini ibtidai vasitələrlə doldurmağa çalışırlar.
Kənd sakinləri həm Rayon İcra Hakimiyyətinin, həm də yerli qaz istismar idarəsinin yolunu su yoluna döndərib, ancaq hələ də istəklərinə nail ola bilməyiblər. Baxmayaraq ki, ərazidən keçən magistral qaz xətləri onların bir addımlığındadır.
Sonxeber.net xəbər verir ki, Şəmkir Regional Qaz İstismar İdarəsindən "Xəzər Xəbər"ə bildirblər ki, sözügedən məsələ haqqında məlumatlıdırlar. İdarənin rəisi Zaur Məmmədovun sözlərinə görə, kəndlərin qazlaşması mövcud plan əsasında aparılır və həmin ərazinin də bu ilin sonuna qədər mavi yanacaqla təmin edilməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: