Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 18:58
Moldovada COVID-19 virusunun yeni dalğası başlayıb. Ötən həftə, son üç aydakı hadisələrdə ən böyük artım qeydə alınıb.
Sonxeber.net yerli mətbuata istinadla xəbər verir ki, delta şatmpının yayılması ucbatından onlara qarşı daha davamlı mövcud müalicə üsulları təsirini itirir.
"Əslində yeni bir koronavirus infeksiyası dalğası yaşayırıq. Yoluxanların sayının artması hər keçən gün daha çoxdur. Artıq sağalmış xəstələrin vəziyyətində belə kəskin pisləşmə müşahidə olunur. Xəstəxanaya yerləşdirmə statistikası narahatlıq doğurur", - deyə Moldova yerli mətbuatı yazır.
Səhiyyə Nazirliyinin statistikasına görə, COVID-19 xəstələrinin peyvənd edilənlərinin yalnız 0,08 faizi xəstələnib. Təkrar xəstələnmə əksər hallarda, ikinci dozadan əvvəl olub. (publika.az)